Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcəsinə 2 mlrd. 608 mln. 779,61 min manat daxil edib.
Bu barədə DGK-nin yaydığı statistikada məlumat verilib.
Təqdim edilən statistikaya əsasən, bu rəqəm, ötən illə müqayisədə 317 mln. 182,1 min manat və ya 13,84% çoxdur.
2017-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə ən çox gəliri idxal edilən malların əlavə dəyər vergisi gətirib. Belə ki, idxal edilən malların əlavə dəyər vergisi üzrə büdcəyə 1 mlrd. 773 mln. 189,74 min manat daxil olub.
Bundan əlavə, gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 706 mln. 874,34 min manat, aksizlər üzrə 93 mln. 293,13 min manat, yol vergisi üzrə isə 34 mln. 792,13 manat təşkil edib.