Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
21 Yanvar 2018
Mətni dəyiş
Fransa Suriyadakı vəziyyətlə bağlı BMT təhlükəsizlik şurasında təcili iclas keçirilməsini tələb edir. Bu barədə Fransanın xarici işlər naziri Jean-Yves Le Drian özünün Tvitter hesabında yazıb. Bu Türkiyənin Suriya ərazisində yeni hərbi əməliyyata başlamasına ilk böyük beynəlxalq reaksiyadır. Türkiyənin baş naziri Binali Yıldırım bundan əvvəl Türkiyə ordusunun Suriyanın Afrin regionunadaxil olduğunu bəyan edib. Bu bölgə hazırda ABŞ-ın dəstəklədiyi kürdlərdən ibarət YPG qrupunun nəzarətindədir. Binali Yıldırım deyib ki, əməliyyatda məqsəd Suriya ərazisində 30 kilometrlik dərinliyində təhlükəsizlik zonası yaratmaqdır. ABŞ hesab edir ki, bu regionda vəziyyəti daha da gərginləşdirə bilər. Türkiyə isə YPG qruplaşmasını terrorçu PKK təşkilatı ilə əlbir olmaqda günahlandırır. Türkiyə rəsmilərinin sözlərinə görə xarici işlər naziri Mevlut Cavuşoğlu əməliyyat barədə telefonla ABŞ Dövlət katibi Rex Tillersona məlumat verib. Həmçinin Türkiyə komandanlığının bu barədə ABŞ və Rusiya tərəfini məlumatlandırdığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun