Finlandiyada prezident seçkiləri keçirilir.
Bu barədə "İnterfax" məlumat yayıb.
Məlumatda vurğulanır ki, bu, seçkilərin birinci turudur. İkinci turun fevralın 11-də keçirilməsi ehtimal edilir.
Seçkilərdə 8 namizəd mübarizə aparır. Ölkənin hazırkı prezidenti Sauli Niinistyo prezidentliyə namizədlərin favoriti hesab edilir. O, partiyalardan namizəd olmaqdan imtina edib.
Bununla yanaşı, son zamanlar S. Niinstyonun əhali arasındakı nüfuzunun bir qədər azaldığı vurğulanır. "Helsinqin sanomat" qəzetinin sifarişi ilə keçirilən rəy sorğusu zamanı vətəndaşların 58 fazi ona səs verib.