Fikrət Hüseynlinin məhkəməsi gecikdirilir

Fikrət Hüseynlinin məhkəməsi gecikdirilir
17 Yanvar 2018
Mətni dəyiş

Kiyev Şəhər Apellyasiya Məhkəməsinin azərbaycanlı jurnalist, Niderland vətəndaşı Fikrət Hüseynlinin işi üzrə prokurorluğun protesti ilə bağlı yanvarın 16-da Kiyev vaxtı ilə saat 11.30-a təyin etdiyi məhkəmə iclası hələ baş tutmayıb.

Bu barədə Turan-a hazırda məhkəmə binasında gözləyən Fikrət Hüseynli bildirib.

F.Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpol-un "qırmızı bildirişlər" sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhəddi qanunsuz keçmək maddələri ilə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib.

F. Hüseynli ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.

Oktyabrın 27-də F.Hüseynlini Kiyevin Lukyanov Şəhər Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai fəal Boris Zaxarovun zaminliyinə verib. F. Hüseynli məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiya edilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Onun sözlərinə görə, Kiyev prokurorluğu jurnalistin zamində olması ilə bağlı məhkəmə qərarı ilə razılaşmır və protest verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun