Doqquz yaşında qızı arvad deyib altına salmaq niyə cinayətdir? - Vasif İsmayıl

Doqquz yaşında qızı arvad deyib altına salmaq niyə cinayətdir? - Vasif İsmayıl
4 Yanvar 2018
Mətni dəyiş

Vasif İsmayıl

Baaax, qadası, belə deyim. Özünə müsəlman deyən bir para insan çağdaş cəmiyyətdə yaşı 16-dan kiçik qızların ərə verilməsi məsələsinə mənfi münasibət bəslənilməsini tərbiyəsizlik, əxlaqsızlığın təzahürü kimi görür.

"Onlar namussuzdurlar, əxlaqsızdırlar, biz isə namuslu, əxlaqlı, belə lap mələk kimi əməli-saleh möminlərik" -tərzində.

Yalansa, başına daş elə sənin.

Gəl, belə deyim.

On dörd yaşında bir qıza və ya oğlana öz maşınını sürməyə verirsən?

Yoooox!

On beş yaşında qızın qanuna görə ona çatan evin bir hissəsini imzası ilə bir şeyxə hədiyyə etsə, necə, razısan?

Yooox!

On iki yaşında qız hirsindən tutdu öz rəfiqəsinə yumruq vurdu və o bədbəxt həlak oldu, deyək. Ona da böyüklər kimi 7 il ağırlaşdırılmış həbs cəzası verilsinmi?

Yooox!

Niyə axı? Məgər, 10 yaşında bir qızla 18 yaşında başqa bir qız bərabər deyil?

Deyil.

Çünki 18 yaşında qız artıq öz hərəkətləri və sözü üçün məsuliyyət daşıyır. O, artıq uşaq deyil.

Amma 9 yaşında qız uşaqdır.

Elə məhz ona görə də o qızı nikahlayıb altına sala bilməzsən, ey axmaq?

Ona görə də sənə pedofil də deyərlər, lap o biri tərəfə də keçərlər.

La əccəb edərlər.

Bu gün müasir cəmiyyət qaydaları insanları rəşid olan və olmayan deyə iki böyük qismə bölür.

Ancaq rəşid olan kimsənin razılığı, fikri, hərəkəti qanuni sayılır.

Başlıqda qoyduğum fikrin bir az ədəbsiz olduğunu qəbul edirəm. Qəsdən etmişəm.

Doqquz yaşında qızla "evlilik oynamağın" milyon kərə daha ədəbsiz olduğunu göstərmək üçün.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun