Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün 122 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, axtarışda olduğuna görə 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Bundan başqa, ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.