ABŞ-ın sabiq dövlət katibi Con Kerri prezidentliyə namizədliyini irəli sürmək istəyir.
ABŞ-da prezident seçkiləri 2020-ci ildə keçiriləcək.
Kerrinin bu fikrə düşməsi barədə məlumatı İsrailin "Maariv" qəzeti yayıb. Qəzetin xəbərinə əsasən, ABŞ-ın keçmiş xarici işlər naziri Londonda Fələstin muxtariyyətinin müavinlərindən biri ilə görüş keçirib. Görüşdə ərəb-yəhudi münaqişəsinin sülh yolu ilə həlli müzakirə edilib.
"Maariv"in xəbərinə əsasən, Con Kerri 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq barədə ciddi düşünür. Bununla yanaşı sabiq dövlət katibi fələstinli həmsöhbətinə deyib: "Səbr edin, Tramp yaxın iki ildə çətin ki, bu postu qoruyub saxlaya bilsin".
Kerri 2004-cü ildə keçirilən seçkilərdə oğul Corc Buşa məğlub olmuşdu.