Britaniya səhiyyəsində böhran: Pasientlər, "xəstəxana dəhlizlərində ölür"

Britaniya səhiyyəsində böhran: Pasientlər, "xəstəxana dəhlizlərində ölür"
12 Yanvar 2018
Mətni dəyiş

Britaniya büdcə ixtisarı və yatırım çatışmazlığı nəticəsində dövlət səhiyyə sistemində (NHS) yaranmış böhranlı vəziyyətlə bağlı müzakirələrə təcili ardım xidmətinin tibb işçiləri də qatılıb.

Baş nazir Theresa May-ə 68 həkimin ünvanlandığı açıq məktubda deyilir ki, "saatlarla xəstəxana dəhlizlərində gözləməyə məcbur olan" xəstələr ölür.

Xəstəxana rəhbərliyi isə yeni pasientləri qəbul etmək üçün yerlərin olmadığını bildirir.

2017-di ildə Beynəlxalq Qırmızı Xaç komitəsi Britaniya səhiyyə sistemində yaranmış problemlərin "humanitar böhran" həddinə çatdığını bəyan etmişdi.


Təcili tibbi yardım xidməti həkimlərinin məktubunda dövlət səhiyyəsinin üzləşdiyi problemlər arasında aşağıdakı məqamlar sadalanır:

  • Müalicə üçün yer çatışmazlığına görə insanlar palatadan kənar kabinetlərdə yerləşdirilir.
  • Bəzən yataqların boşalmasını gözləyən xəstələr 12 saatadək müddət ərzində xərəklərdə qalmağa məcburdur.
  • Xəstəxanalara qəbul edilməmiş minlərlə pasient öz növbəsini təcili yardım maşınlarında gözləməli olur.
  • Hər gün 120-dən artıq pasient xəstəxana dəhlizlərində müalicə olunur, bəzi yerlərdə bu erkən ölümlərə səbəb olur.

Cümə axşamı günü açıqlanan daha bir hesabata görə, təcili xidmət sisteminə daxil 300 min xəstəxanada pasientlər həkimin qəbulunu 4 saatdan artıq gözləməli olur.

NHS xəstələrin 95 faizini 4 saatdan az müddət ərzində qəbul etməyi qarşısına məqsəd qoymuşdu.

Hesabata əsasən, hazırda bu rəqəm 85 faiz təşkil edir.

AmbulansFotonun müəllifiGETTY

Bu arada xəstələrin sayına tab gətirə bilməyən NHS təcili olmayan əməliyyatları təxirə saldığı üçün xəstələrdən üzr istəyib.

NHS büdcəsi adətən ildə 4 faiz artardı, 2010-cu ildən etibarən isə bu rəqəm təxminən 1 faiz təşkil edib.

Müxalifət bildirir ki, səhiyyə sistemindəki böhrana səbəb hökumətin sərt qənaət siyasəti olub. Səhiyyə rəsmiləri problemin həllinə yönələn tədbirlərin həyata keçirildiyini deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun