Böyük Britaniyanın xarici işlər naziri Şimali Koreya haqqında yeni bəyanat səsləndirib.
Britaniyalı diplomat Şimali Koreyanı atom əsrinin ən ciddi təhdidi adlandırıb.
"Kim Çen İnin qitələr arası ballistik nüvə raketi atmaq imkanı dünyanın atom əsrinin əvvəlindən bu yana tanıdığı ən böyük təhlükədir"-deyə Conson "Guardian" qəzetinə müsahibəsində deyib.
Britaniyalı diplomat bu sözlərlə davam edib: "Real bilirik ki, Şimali Koreya nüvə şantajına əl atacaq və hətta nüvə müharibəsi yarana bilər. Düşünürəm ki, bu, gözardı edə biləcəyimiz məsələ deyil".
Boris Conson əlavə edib ki, ABŞ dövlət katibi Reks Tillersonun məsələyə baxışını dəstəkləyir. Bununla yanaşı, nazir qeyd edib ki, Çin, Şimali Koreyanı dayandıra bilər və təhlükənin qarşısını ala bilər.