Fələstin Azadlıq Təşkilatı (FAT) İcraiyyə Komitəsi paytaxtı Şərqi Qüdsdə olmaqla Fələstin dövlətinin yaradılması məqsədi ilə BMT çərçivəsində beynəlxalq konfrans keçirməyə çağırıb.
RİA Novosti bildirir ki, bu barədə FAT-ın dünən yaydığı bəyanatda deyilir.
Təşkilat hesab edir ki, bu konfrans 1967-ci ildəki ərəb-İsrail münaqişəsinə qədər mövcud olan sərhədlər çərçivəsində Fələstin dövlətinin yaradılmasını təmin edə bilər.
Bundan əlavə, konfransda fələstinli qaçqınların və İsrail həbsxanalarından olan məhbusların probleminin həlli üçün çıxış yolları tapılmalıdır.
Bundan əlavə, konfransın işində BMT-nin qətnamələrinə uyğun olaraq Fələstin qaçqınlarının probleminin həlli və İsrail həbsxanalarında olan fələstinli məhbusların vəziyyəti müzakirə ediləcək.