Bakı-Sofiya aviareysi işə başlayıb

Bakı-Sofiya aviareysi işə başlayıb
16 Yanvar 2018
Mətni dəyiş
Yanvarın 16-da Bakı-Sofiya marşrutu ilə ilk aviareys yerinə yetirilib. Birbaşa aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər. İlk uçuşun “Buta Airways” aşağıbüdcəli aviaşirkət tərəfindən həyata keçirildiyi bildirilir. Bununla da Bolqarıstanın paytaxtı Azərbaycanın aşağı büdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirdiyi ilk şəhər olub. Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi 29 avro (bir tərəfə) təşkil edəcək. Aşağı büdcəli aviaşirkət olaraq, baqajın, əl yükünün daşınması, təyyarədə isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində  təklif edəcək. Bugünkü aviareys 08:30-da həyata keçirilib və Sofiya şəhərinə eniş 11:55-də reallaşacaq. Yanvar ayının 23-dən isə müntəzəm uçuşlara başlanılacaq və martın 24-nə kimi davam etdiriləcək. Uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək. Bakıdan uçuş 08:30-11:55, Sofiyadan geri dönüş isə 12:55-16:05 olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun