AZAL dövlət şirkəti öz reyslərinə qeydiyyat qaydalarının sərtləşdirildiyini bildirib.
Şirkətin yaydığı məlumata görə, 2018-ci il yanvarın 15-dən bütün aeroportlarda AZAL-ın reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış yekunlaşacaq. Hazırda bu müddət 40 dəqiqədir.
Açıqlamada deyilir ki, eyni zamanda qeydiyyat hazırda olduğu kimi uçuşdan iki saat öncə deyil, üç saat öncə başlayacaq.