SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Müdafiə Nazirliyini (MN) məhkəməyə verib.
Məlumata görə, "Azəriqaz" istifadə olunmuş təbii qazın dəyərinin MN tərəfindən ödənilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
İddia üzrə məhkəmə iclasına hakim Miminat Hacıbəyova sədrlik edəcək.
Növbəti məhkəmə iclası fevralın 6-da keçiriləcək.