Azərbaycanda yaşayan gürcülərin Gürcüstan vətəndaşlığı alması asanlaşdırıla bilər

Azərbaycanda yaşayan gürcülərin Gürcüstan vətəndaşlığı alması asanlaşdırıla bilər
5 Yanvar 2018
Mətni dəyiş

Azərbaycanda yaşayan etnik gürcülərin Gürcüstan vətəndaşlığı alması proseduru sadələşdirilə bilər. Məlumata görə, bu barədə qanun layihəsi hazırlanıb. 

Sənədə əsasən Gürcüstan vətəndaşlığına keçmək proseduru gürcü soyadı daşıyan və özünü gürcü hesab edən immiqrantlar üçün sadələşdiriləcək.

Qanun layihəsinin məqsədi Gürcüstanın demoqrafik vəziyyətinin yaxşılaşdırılması və xaricdə yaşayan gürcülərin vətənlərinə qayıtmasına dəstək verilməsidir.

Qanun layihəsinə dair izahatda qeyd olunub ki, Azərbaycan, İran və Türkiyədə yaşayan etnik gürcülərin Gürcüstan vətəndaşı olmaq haqqı var:

“Gürcülərin Gürcüstanda azlıq olmaması üçün qanunvericiliyə əhəmiyyətli dəyişikliklər edilməlidir. Son 25 il ərzində 2 milyondan çox həmvətənimiz müxtəlif səbəblərə görə ölkəni tərk edib və onların çoxu digər ölkələrin vətəndaşlığını alıb”. 

Sənəddə eyni zamanda, xarici vətəndaşlar tərəfindən Gürcüstan vətəndaşlığının alınması prosedurunun çətinləşdirilməsi nəzərdə tutulub.

Ötən ilin əvvəlində Gürcüstan əhalisinin sayı 3 718 200 nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 2200 nəfər azdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun