Azərbaycanda bu şəxslərin maaşı artırıldı

Azərbaycanda bu şəxslərin maaşı artırıldı
18 Yanvar 2018
Mətni dəyiş
Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”ndə dəyişikliklər edib.

Qüvvədə olan Vahid Tarif Cədvəlinə əsasən əməyin 1 ,2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 116, 121, 126 və 132 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

Dəyişikliyə əsasən bu dərəcələr üzrə aylıq vəzifə maaşı artırılıb. Əməyin 1 ,2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130, 132, 134 və 136 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun