Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinə xəbər verir ki, təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan polkovnik Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!