Ayətullah Xamenei: "Terrorçular və ABŞ üçün şiə və sünni fərq etmir"

Ayətullah Xamenei: "Terrorçular və ABŞ üçün şiə və sünni fərq etmir"
30 Yanvar 2018
Mətni dəyiş

İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei Əfqanıstanda baş verən son terror hadisələrində günahsız insanların həyatını itirməsinə görə çox narahat olduqlarını qeyd edərək, ABŞ-n bölgədə yürütdüyü siyasəti sərt tənqid edib.  

Bu gün səhər saatlarında keçdiyi fiqh dərsində çıxış edən və çıxışında ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana köçürməsinin səbəbinin bölgədəki varlığını davam etdirmək olduğunu qeyd edən Ayətullah Xamenei bununla daABŞ-ın sionist İsrail rejimin təhlükəsizliyini təmin etmək istədiyini söyləyib.

İŞİD terror qruplaşmasının son aylar ərzində Əfqanıstandakı terror hadisələrində imzası olduğunu bildirən ali dini lider qeyd edib ki,  İŞİD-i Suriya və İraqda xalqa qarşı edilən cinayətlərdə zülmlərdə bir vasitə olaraq istifadə edən ölkələr indi də o bölgələrdə məğlubiyyətə uğradıqdan sonra terrorçuları Əfqanıstana göndərmək istəyirlər.   "Terrorçular və ABŞ üçün şiə və sünni fərq etmir və dinc sakinlər, şiə və sünni öldürülürlər. Bölgədəki millətləri məşğul etmək amerikalıların başlıca siyasətidir. ABŞ regionun gözəl günlərlə qarşılaşmasını istəmir" , - deyə Ayətullah Xamenei bildirib.

ABŞ-ın etibarsız mühit yaradaraq regionda qalmağı planlaşdırdığını bildirən Ayətullah Xamenei Əfqanıstandakı inamsızlığın səbəbinin ABŞ-ın şəxsən özü olduğunu və ötən 20 il ərzində bölgədə aparılan cinayətlərin bilavasitə və ya dolayı şəkildə ABŞ-a bağlandığını sözlərinə əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun