Qanunsuz şəkildə Liviyadan Avropaya keçmək istəyən miqrantları daşıyan gəmi batıb.
Türkiyə mətbuatının məlumatına görə, hadisə aralıq dənizində baş verib.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Hadisə zamanı gəmidə ən azı 150 nəfərin olduğu bildirilir. Onlardan 86 nəfərin həyatını xilas etmək mümkün olub.
Beynəlxalq Miqrasiya təşkilatının təqdim etdiyi hesablamalara əsasən, 2017-ci ildə ən azı 3 min insan qanunsuz şəkildə Aralıq dənizi ilə Avropaya keçməyə çalışarkən həyatını itirib.
Bundan başqa, yenə də Beynəlxalq Miqrasiya təşkilatının rəqəmlərinə görə, ötən il 171 min miqrant Avropaya daxil olmağa müvəffəq olub.