Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “2017-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatını açıqlayıb.
Abzas.net xəbər verir ki, hesabatda Azərbaycanla bağlı məhkəmə işlərinin statistikası da açıqlanıb.
Bildirilir ki, 2017-ci ildə Azərbaycandan AİHM-ə 679 şikayət daxil olub. Bu şikayətlərdən 210-u qəbul edilməyib, 97 iş üzrə qərar çıxarılıb.
Daha 168 şikayət kommunikasiya mərhələsində olub.
2016-cı illə müqayisədə 2017-ci ildə daxil şikayətlərin sayı 2 dəfədən çox artıb.
Belə ki, 2016-cı ildə AİHM-ə Azərbaycan üzrə 331 şikayət daxil olub. Onların 136-sı qəbul olunmayıb, 50-si üzrə isə qərar çıxarılıb.
Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub.