Avropa İttifaqından Dağlıq Qarabağ bəyanatı

Avropa İttifaqından Dağlıq Qarabağ bəyanatı
14 Yanvar 2018
Mətni dəyiş
Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir.
Bu barədə Avropa parlamentinin rəsmi saytında qeyd olunub.
Bəyanatda deyilir ki, Dağlıq Qarabağ, həmçinin Gürcüstan və Moldovadakı münaqişələr hər zaman olduğu kimi Avropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində ATƏT-in fəaliyyətini yüksək qiymətləndirir.
Bəyanatda həmçinin qeyd olunur ki, Avropa İttifaqı münaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir.
ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano deyib ki, İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir. Nazir bildirib ki, bu il ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata üzv olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun