Bu gün Avropa Şurası Parlament Assambleyasının qış sessiyası start götürür. 26 yanvar tarixinə qədər davam edəcək sessiya Fransanın Strasburq şəhərində başlayır. İlk iclas günü parlamentin prezident və vitse-prezidentləri, qurumun insan haqları üzrə komissarları seçiləcək.
Sessiya "Konfliktlər və onların humanitar fəsadları" mövzusuna həsr edilib. İclas vaxtı Avropadakı münaqişələr və onlardan əziyyət çəkən insanlar, Fələstin-İsrail probleminin həlli yolları, İslamofobiya və ksenofobiya ilə mübarizədə AŞ-nın və digər qurumların rolu, Avropada antisemitizmin artması kimi məsələlər müzakirə ediləcək Ermənistan prezidenti Serj Sərkisyan 24 yanvar tarixində Avropa Şurasının Parlament Assambleyasında çıxış edəcək.