Amerika Rusiyaya sanksiya müharibəsi elan edir

Amerika Rusiyaya sanksiya müharibəsi elan edir
30 Yanvar 2018
Mətni dəyiş
ABŞ-ın Maliyyə Nazirliyi sanksiya tətbiqi tövsiyə olunan rusiyalı siyasətçilərin və iş adamlarının siyahısını açıqlayıb. Yanvarın 30-na keçən gecə açıqlanan siyahıda 210 nəfərin adı var. Onların 114-ü siyasətçi və məmur, 96-sı biznesmendir.
Sanksiya hədəfi ola biləcək siyasətçilər siyahısında Rusiya hökumətinin rəhbərləri, o cümlədən baş nazir Dmitri Medvedyev, xarici işlər naziri Sergey Lavrov yer alır.
Prezident Administrasiyasının rəhbərliyi, o cümlədən dövlət başçısının mətbuat katibi Dmitri Peskov da qara siyahıya düşüb.
Sanksiya tətbiqi ehtimalı olan siyasətçilər arasına Rusiya parlamentinin aşağı və yuxarı palatalarının sədrləri Vyaçeslav Volodin və Valentina Matviyenko da salınıb.
Qara siyahıdakı biznesmenlərin içində "Lukoyl” şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov da var.
ABŞ və başqa Qərb ölkələri Rusiyaya 2014-cü ildən – bu ölkə Ukrayna torpaqlarını işğal edəndən sanksiyalar qoyur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun