Ağsuda 32 yaşlı qadın intihara cəhd edib

Ağsuda 32 yaşlı qadın intihara cəhd edib
28 Yanvar 2018
Mətni dəyiş

 Ağsu rayonunda intihara cəhd hadisəsi baş verib.

Rayon sakini, 1986-cı il təvəllüdlü Qədimova Rüzgar Vüqar qızı sirkə turşusu içərək, özünü öldürmək istəyib.

O, yaxınları tərəfindən Ağsu Şəhər Xəstəxanasına çatdırılıb və Reanimasiya Şöbəsinə yerləşdirilib. R.Qədimovanın vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Onun nə üçün intihara cəhd etməsi səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun