ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları yanvarın 29-da açıqlanacaq.
Bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatında bildirilir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Jon Huntsman bildirib.
Sanksiyalara səbəb kimi, Rusiyanın ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsi göstərilir.
Bir müddət öncə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmilərindən biri bildirmişdi ki, administrasiya Moskvanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsi ilə bağlı Rusiyanın nüfuzlu rəsmilərinə və biznesmenlərinə qarşı yeni sanksiya tədbirlərinin müəyyənləşdirəcək