ABŞ-ın Pakistandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Abzas.net xəbər verir ki, buna səbəb, ABŞ prezidenti Donald Trump-ın "Twitter"də İslamabad əleyhinə yazdığı tənqidlərdi.
Məlumata görə, Trump-ın ittihamlarına cavab vermək üçün, səfir Pakistanın Xarici Siyasət İdarəsinə dəvət olunub.
Trump öz "Twitter" hesabında Pakistanı terrorçulara sığınacaq verməkdə ittiham edib və ABŞ-ın Pakistana göstərdiyi yardımı dayandıracağı ilə təhdid edib.