ABŞ höküməti yenidən işə başlayıb: Trump sənədi imzalayıb

ABŞ höküməti yenidən işə başlayıb: Trump sənədi imzalayıb
23 Yanvar 2018
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump federal hökumətin fevralın 8-dək maliyyələşdirilməsiylə bağlı sənədi imzalayıb.

Bununla da ABŞ hökuməti üç günlük dayanmadan sonra yenidən işə düşüb.

Konqresin hər iki palatası qanunu qəbul edəndən sonra, yanvarın 23-də Trump sənədi imzalayıb.

“Konqresdəki demokratların ağıllanmasından məmnunam”, – Trump deyib.

Hökumətin bağlanmasına görə hər iki partiya bir-birini ittiham edirdi.

Demokratlar müvəqqəti maliyyələşməylə bağlı sənədin səsverməyə çıxarılmasını əngəlləyirdi, DACA proqramı üzrə razılaşma tələb edirdi. Bu proqram uşaqkən Birləşmiş Ştatlara getmiş və orada qanunsuz qalmış 700 minədək mühacirin deportasiyadan qorunmasnı nəzərdə tutur.

Senatda respublikaçıların lideri Mitch McConnell bu məsələnin sürətli həllinə boyun olub. O, ümidvar olduğunu bildirib ki, fevralın 8-dək immiqrasiya, sərhəd təhlükəsizliyi, fəlakətlərə qarşı yardım, hərbi maliyyə və daha artıq məsələlər üzrə hər iki partiya razılıq əldə edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun