ABŞ fələstinlilərə yardım göstərən BMT agentliyinə ödədiyi yardımın məbləğini azaldıb.
"Reuters"-in yaydığı məlumata görə, 60 milyon dollar maliyyə yardımını ödəməyi planlaşdıran Birləşmiş Ştatlar, digər 65 milyon dolları verməyəcək.
ABŞ prezidenti Donald Trump bu barədə açıqlama verərkən, ölkəsinin indiyədək üzərinə düşəndən xeyli artıq pul ödədiyini, başqa ölkələrin də bu yardımda fəal iştirak etməli olduğunu diqqətə çatdırıb.
Yardımın kəsilməsinin Fələstində təhsil və səhiyyənin səviyyəsinə o qədər də təsir etməyəcəyi gözlənilsə də, İsrail-Fələstin danışıqlarına mənfi təsir göstərəcəyi bildirilir.
Bir müddət öncə, Trump Fələstinə ayırdıqları yardımı kəsəcəkləri ilə hədələmişdi.
Fələstin lideri Mahmoud Abbas Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirərkən qeyd etmişdi ki, bundan sonra Birləşmiş Ştatların heç bir sülh planını qəbul etməyəcək.