2018-ci ili Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib.
Məlumata görə, bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev bildirib.
İ.Əliyev il ərzində bununla əlaqədar həm ölkədə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920-ci illərdə mövcud olub. Rusiyanın XI Qızıl Ordusunun Azərbaycanı işğal etməsi ilə süqut edib.