2017: bankların verdiyi kreditin həcmi 4 milyard azalıb, 22 bank filialı bağlanıb

2017: bankların verdiyi kreditin həcmi 4 milyard azalıb, 22 bank filialı bağlanıb
5 Yanvar 2018
Mətni dəyiş

Ötən ilin noyabrında ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya görə,  ötən ilin noyabr ayının 30-na bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 780,2 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 72,7 mln. manat və ya 0,62% artım deməkdir.

Ümumilikdə isə ötən ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 4 mlrd. 158,1 mln. manat və ya 26,09% azalıb.

22 bank filialı bağlanıb

2017-ci ilin yanvar-noyabr aylarında banklara məxsus 22 filial bağlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya görə ötən ilin yanvar ayından dekabrın 1-dək bankların ümumilikdə 22 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər 2017-ci ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, noyabrın sonunda bu göstərici 547-yə qədər azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər ötən il yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, nöyabrdaq şöbələrin sayı 142-yə yüksəlib.

Qeyd edək ki, ötən ilin 11 ayında ölkədə 32 bank fəaliyyət göstərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun