Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidova qurumun iclasında Türkiyənin Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatına dəstək olduğuna görə təşəkkür edib.
Ərdoğan bir daha xatırladıb ki, Afrin əməliyyatının hədəfi sadəcə terror təşkilatlarıdır: “Avropa Parlamentində hərəkatı istila olaraq göstərmək istəyənlərə söyləyirəm: Gedin istila örnəklərini Liviyada, Ruandada, Malidə axtarın, türk milləti heç bir zaman istilaçı olmayıb. Azərbaycanlı millət vəkili Seyidov qardaşıma dik duruşuna görə təşəkkür edirəm”.
S.Seyidov Strasburqda Türkiyənin “Zeytun budağı” əməliyyatını “istila” və “müdaxilə” kimi adlandıranlara qarşı çıxaraq Türkiyəni müdafiə etmişdi. O, Türkiyənin həyata keçirdiyi hərəkatı İŞİD və PKK terror təşkilatlarına qarşı mübarizə adlandırmışdı.