Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyadakı Kürd anklavında əməliyyatları genişləndirmək niyyətini təkrar edərək, Türkiyədə əməliyyatlar həyata keçirən Kürd terror qrupları ilə əlaqəli olan döyüşçüləri hədəfə almağa davam edəcəyini bilidirib.
Ankarada çıxış edən Ərdoğan bildirib ki, Türkiyə qüvvələri Afrindən şərqə doğru, Türkiyənin Suriya ilə sərhədindən daha irəli istiqamət götürəcək. Türkiyə prezidenti Afrindən sonra əməliyyatların yeni hədəfi Mənbic şəhəri olduğunu və daha sonra “heç bir terrorçu qalmayana qədər” şərqə, İraq sərhədinə qədər irəliləcəyini deyib.
Bu qərar Türkiyə qoşunlarını 2,000-ə yaxın ABŞ əsgəri ilə üz-üzə qoya bilər. ABŞ qoşunları İŞİD-ə qarşı beynəlxalq koalisiyanın parçası olaraq, həmin ərazilərdədir.
“Biz Mənbici terrorçulardan təmizləyəcəyik” – deyə Ərdoğan cümə günü nitqində bildirib. “Bu heç kimi narahat etməməlidir, çünki Mənbicin həqiqi sahibləri terrorçular deyil, bizim Ərəb qardaşlarımızdır.”
Ərdoğanın bu qeydi Türkiyənin Afrin əməliyyatlarının yeddinci gününə təsadüf edir. O, həm də Mənbicdə Kürd döyüşçülərini dəstəklədiyi üçün Birləşmiş Ştataları tənqid edib: “Bizim ən böyük qəmimiz bu terror təşkilatlarının regionda ABŞ bayrağı tutaraq hərəkət etməsidir.”
Pentaqon Türkiyənin Afrindəki əməliyyatlarını Suriyada İŞİD militantlarını məğlub etmək səylərinə yardım etmədiyini və hətta maneə törətdiyini bildirib.
Türkiyə Suriyadakı YPG kimi tanınan Kürd dəstələrini Türkiyədə olan Kürd separatçıları ilə əlaqəli olduğuna görə terrorçular olduğunu bildiririr.