Şəki penitensiar müəssisəsi həbsdəki jurnalist Əfqan Muxtarlını yaxınlarının yas mərasiminə buraxmaqdan imtina edib.
Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin bildirdiyinə görə, Şəki penitensiar müəssisəsinin rəhbərliyi onun müraciətinə cavab verib. E.Sadıqovun deməsinə görə, Şəki penitensiar müəssisəsinin rəisi, ədliyyə polkovnik – leytenantı Murtuz Sadıqovun cavabında onların istəyi qəbul edilməyib.
Vəkilin vurğulamasına görə, cavabda həmçinin qeyd edilib ki, Ə.Muxtarlı müəssisə rəhbərliyinin qəbulunda olub, ona hüquq və vəzifələri izah edilib.
Ötən il dekabrın 31-də Ə.Muxtarlının bacısı, bacısı və qardaşı uşaqlarının meyiti mənzillərində tapılıb. Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib.
Zaqatala şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, bina 2, mənzil 14 ünvanında baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.
Ə.Muxtarlı əzizlərinin dəfn mərasiminə buraxılmamışdı. O, dəfində iştirak etmək istəyirdi. Bundan ötrü vəkilləri rəsmi qurumlara müraciət etmişdilər.