Vladimir Jirinovski Rusiya XİN başçısının dəyişdirilməsini təklif edib

Vladimir Jirinovski Rusiya XİN başçısının dəyişdirilməsini təklif edib
4 Sentyabr 2017
Mətni dəyiş

Rusiya Liberal Demokrat Partiyasının lideri, tanınmış siyasətçi Vladimir Jirinovski Rusiya xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən getməsini təklif edib. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Jirinovski Rusiyanın daha sərt siyasət yürütməli olduğunu bəyan edib. O, bu səbəbdən Rusiya XİN başçısının dəyişdirilməsini təklif edib: "Beynəlxalq problemlər qalır. Biz, daha sərt xəttin lazım olduğunu hesab edirik. Prezident olsaydım, xarici işlər nazirinin dəyişdirməkdən başlayardım. Bu gün başqa adam lazımdır, hansı ki, ondan yaxşı olacaq". Bununla yanaşı liberalların lideri Sergey Lavrovun sələfi kimi görmək istədiyi şəxsin adını açıqlamayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun