Trump "Harvey" qasırğasının fəsadlarının aradan qaldırılmasına 7,85 mlrd dollar istədi

Trump "Harvey" qasırğasının fəsadlarının aradan qaldırılmasına 7,85 mlrd dollar istədi
2 Sentyabr 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump "Harvey" qasırğasının yaratdığı fəsadların aradan qaldırılması məqsədilə ilkin maliyyələşmə olaraq konqressdən 7.85 milyard dollar pul ayrılmasını istəyib.

Abzas.net xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

"Harvey" qasırğası, son 12 ildə ABŞ ərazisində baş vermiş ən dağıdıcı qasırğa oldu.

Sonuncu dəfə belə dağıdıcı qasırğa 2005-ci ildə müşahidə olunmuşdu. O zaman "Katrina" qasırğası nəticəsində Nyu Orlean şəhəri suyun altında qalmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun