Suriya ordusu Deyr-ez-Zor əyalətində Rusiya aviasiyasının dəstəyi ilə 100-dən çox İŞİD silahlısını məhv edib.
APA-nın xəbərinə görə, bu barədə “Əl-Məyədin” telekanalı əyalətin qubernatoru Məhəmməd İbrahim Səmraya istinadən məlumat verib. Hədəfdə əsasən terrorçuların qərargah və silah anbarları olub.
“Hazırda hökumət qüvvələri Cebel at-Tarda yaylası istiqamətində irəliləyərək yaxınlıqdakı yaşayış məntəqələrini terrorçulardan təmizləmək niyyətindədirlər” - deyə qubernator bildirib. Ötən gün Suriyanın Deyr-ez-Zor əyalətində İŞİD silahlılarının avtomobil konvoyunu atəşə tutması nəticəsində iki Rusiya hərbçisi həlak olub.