Rusiyanın XİN rəhbəri Sergey Lavrov yeni bəyanatla çıxış edib.
Abzas.net xəbər verir ki, bəyanata əsasən, Rusiya tərəfi bütün Amerika bədbəxtliklərində rəsmi Moskvanın ittiham edilməsi cəhdlərini qəbul etməyəcək.
Rusiyalı nazir deyib: "ABŞ-da keçirilən prezident seçkilərindən sonra Demokratlar partiyası nəticələri həzm edə bilmədiyi üçün anomal siyasi vəziyyət yaranıb. Bu diskussiyaya Rusiyanı cəlb etmək cəhdi, bütün mənfi işlərdə Rusiyanı günahlandırma cəhdi təbii ki, tərəfimizdən qəbul edilə bilməz. Amma bununla belə, Rusiya-Amerika münasibətlərinin inkişafını da istəyən adamlar ABŞ siyasi dairələrində az deyil. Biz əməkdaşlığın istənilən formasına hazırıq"