Sentyabrın 10-da Ukraynaya daxil olan Micheil Saakashvili-nin sərhədi qanunsuz keçməsi ilə bağlı cinayət işi açılıb.
Abzas.net xəbər verir ki, bu barədə Ukrayna polisi məlumat yayıb.
Məlumatda bildirilir ki, sentyabrın 10-da Polşa ilə sərhəddə qeydə alınan hadisə ilə bağlı "Dövlət sərhədini qanunsuz keçmək" maddəsi ilə cinayət işi açılıb. Lakin məlumatda Saakashvili-nin adı hallanmır.
Bu maddə ilə Saakashvili 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.