Rusiyaya qarşı yeni sanksiyaları ABŞ-ın dövlət katibi əlaqələndirəcək

Rusiyaya qarşı yeni sanksiyaları ABŞ-ın dövlət katibi əlaqələndirəcək
30 Sentyabr 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp Rusiya, Şimali Koreya və İrana qarşı sanksiyaların tətbiq edilməsi üzrə ölkəsinin rəsmi şəxsləri arasında səlahiyyət bölgüsü aparıb. 

"İnterfaks" xəbər verir ki, ABŞ prezidenti bununla bağlı memorandum imzalayıb.

Memoranduma əsasən, Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını dövlət katibi Reks Tillerson əlaqələndirəcək.

Dövlət katibinə Ukraynadakı münaqişəyə görə ABŞ-ın keçmiş prezidenti Baraka Obama administrasiyası tərəfindən tətbiq edilən sanksiyaların daha da gücləndirilməsi istiqamətində çalışmaq tapşırılıb. R.Tillerson həmçinin ABŞ-ın siyasi təşkilatlarına kiberhücumlarla əlaqədar sanksiyalar haqqında qanunun müddəalarının həyata keçirilməsi ilə məşğul olacaq.

Dövlət Departamentinin rəhbəri Rusiya hökumət orqanları adından fəaliyyət göstərən şəxslərə, demokratik institutların təmsilçilərinə və ya ABŞ hökumətinin kibertəhlükəsizliyinə ziyan vuranlara viza verməkdən imtina barədə qərar qəbul etmək səlahiyyətinə də malik olacaq.

Rusiya, Şimali Koreya və İrana qarşı sanksiyaların digər tərəfləri ilə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və kəşfiyyat rəisi Den Kouts məşğul olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun