Rusiyanın müdafiə naziri Sergei Shoigu Dəməşqdə Suriya prezidenti Bashar al-Assad-la görüşüb.
Bu arada Rusiyanın dəstəklədiyi hökumət qüvvələri ölkənin şərqində İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına hücumu gücləndirməkdədir.
Rusiya Müdafiə Nazirliyinin sentyabrın 12-də bildirməsinə görə, Shoigu Assad-la Moskvayla Dəməşqin hərbi əməkdaşlığını, eləcə də iki ölkənin İŞİD-ə qarşı birgə mübarizə cəhdlərini müzakirə ediblər.
Görüşdə ölkənin şərqindəki Deir al-Zourt şəhərinin İŞİD yaraqlılarından alınması, “Suriyanın bütün ərazisində terrorçuluqla mübarizə cəhdlərinin gücləndirilməsi” götür-qoy edilib.
Rusiyayla İran Suriyanın altı ildir gedən vətəndaş müharibəsində Assad-ı dəstəkləyir.
Sentyabrın 13-də Rusiyanın Qara Dəniz sahilindəki Soçi şəhərində İranın xarici işlər naziri Mohammad Javad Zarif Rusiya rəsmiləri ilə görüşündə də Suriya münaqişəsini müzakirə edəcək.