Rusiyada "Facebook" bağlana bilər

Rusiyada "Facebook" bağlana bilər
26 Sentyabr 2017
Mətni dəyiş

Rusiyada "Facebook" bağlana bilər.

“İntefaks”ın məlumatına görə, bunu sentyabrın 26-da jurnalistlərə “Roskomnadzor” un rəhbəri Aleksandr Jarov deyib.

Bildirilir ki, “Facebook” 2018-ci ildə şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.

“Qanun hamı üçün mütləqdir. İstənilən halda ya biz qanuna əməl edilməsinə nail olacağıq, ya da şirkət Rusiya ərazisində fəaliyyətini dayandıracaq, təssüf ki, "Linkedln"-lə baş verdiyi kimi. Burda istisna yoxdur”, - Jarov deyib.

Rusiya ötən ilin noyabrında “Linkedln” social şəbəkəsinin fəaliyyətini dayandırıb.

Jarovun sözlərinə görə, “Twitter” artıq 2018-ci ilin ortalarında şəxsi məlumatların lokallaşdırılacağını bildirib və onlar şirkətin mövqeini başa düşərək bu müddətədək orda yoxlama aparmayacaqlar, amma bundan sonra mütləq yoxlanacaq.

Rusiyada şəxsi məlumatlar haqqında qanuna bu düzəliş 2015-ci ilin sentyabrından qüvvəyə minib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun