Qubada 3 uşaq atası özünü asaraq öldürüb

Qubada 3 uşaq atası özünü asaraq öldürüb
4 Sentyabr 2017
Mətni dəyiş

Qubada intihar hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Talabı kənd sakini, 1985-ci il təvəllüdlü Müzəffərov Samir Babaşah oğlu özünü asaraq öldürüb.

Ş.Müzəffərov 3 uşaq atası idi.

Faktı Quba Rayon İcra Hakimiyyətinin Talabı kənd İƏV nümayəndəsi Xanlar Heybətov və kənd sakinləri də təsdiq edib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun