QMİ sədrinin müavini: “Bəzi “turistlər” Azərbaycandakı məscidlərə təbliğat vasitələri gətirirlər”

QMİ sədrinin müavini: “Bəzi “turistlər” Azərbaycandakı məscidlərə təbliğat vasitələri gətirirlər”
28 Sentyabr 2017
Mətni dəyiş

“Azərbaycana turist kimi gələn bəzi insanlar burada həftələrlə qalır və müəyyən insanları ətrafına yığır, müəyyən işlər görür və getdikdən sonra da burada tanış olduqları insanlarla əlaqələrini kəsmirlər”

Abzas.net xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev Bakıda “Qeyri-hökümət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib. Mənfi nəticələrini görəcəyik

Sədr müavini bildirib ki, müvafiq orqanlar bu məsələ ilə bağlı ciddi işlər görməlidirlər. Onun sözlərinə görə, Azərbaycana xüsusilə ərəb ölkələrindən, İslam ölkələrindən bəzi “turistlər” gələrkən elə proqram seçilir ki, hansı yolların kənarlarında məscid varsa oradan keçsinlər: “Onlar həmin məscidlərə girir, ibadət edir. Həmin məscidlərdə gətirdikləri təbliğat vasitələrini yaymağa çalışırlar. Biz bu məsələyə həssas yanaşmasaq, mənfi nəticələrini görəcəyik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun