Birmada müsəlmanlara qarşı zorakılığa və mümkün terror hücumlarına görə, Qırğızstan Birma ilə futbol olununu ləğv edib.
Qırğız Futbol Federasiyasının sədri Semetei Sultanov sentybarın 4-də jurnalistlərə deyib ki, qərarı baş nazir Sapar İsakov verib.
Azadlıq Radiosunun məlumatına görə, oyun sentyabrın 5-də Bişkekdə keçirilməliydi. Yığmalar Asiya Kubokunun təsnifat mərhələsinə hazırlıqla bağlı qarşılaşırdı.
Avqustun 25-dən bəri Birmada 100 minə yaxın Rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb. Birmadakı böhranda isə müsəlman yaraqlıları və ordu bir-birini ittiham edir.