Ukrayna vətəndaşlığından məhrum edilmiş Odessanın keçmiş qubernatoru Mikheil Saakashvili administrativ qanun pozuntusuna dair sənədi imzalayıb.
Abzas.net xəbər verir ki, bir neçə saat öncə polis və sərhədçilər Saakashvili-nin Lvovda qaldığı otelə gəliblər.
Onlar Saakashvili-yə administrativ qanun pozuntusuna dair sənədi təqdim etmək üçün gəldiklərini bildiriblər. Onları qarşılayan vəkillər sənədi Saakashviliyə çatdırmaları üçün istədikdə, sərhədçilər sənədi birbaşa keçmiş qubernatorun özünə təqdim edəcəklərini bildiriblər.
Daha sonra Saakashvili sənədi qəbul etməyə razı olub. Sənədlə tanış olan Gürcüstanını keçmiş prezidenti onu imzalayıb və narazılıqlarını qeyd edib.
Bundan əlavə Saakashvili sabahdan etibarən Ukrayna boyu səfərə çıxacağını bəyan edib.
Xatırlatma
Polşadan Ukrayna ərazisinə keçmək istəyən Mikheil Saakashvili-nin içində olduğu qatar Ukrayna hakimiyyətinin tələbilə Polşa ərazisində saxlanıb.
Bir neçə saat gözlədikdən sonra, Saakashvili marşurutunu yenidən dəyişmək və sərhədi tərəfdarları ilə birlikdə avtobusla keçmək qərarına gəlib.
Avtobusla Polşanın Şeqin sərhəd məntəqəsinə çatan Saakashvili və onun tərəfdarlarını Ukrayna sərhədçiləri ölkə ərazisinə buraxmaqdan imtina edib.
Burada da bir müddət gözlədikdən sonra, sərhədçilərdən ibarət səddi yaran yüzlərlə tərəfdarı Saakashvili-ni Polşadan Ukrayna ərazisinə keçiriblər.
Bir müddət öncə Saakashvili sentyabrın 10-da Ukraynaya daxil olacağını bildirmişdi.
İyul ayında Ukrayna prezidenti Petro Poroshenko Mikheil Saakashvili-nin Ukrayna vətəndaşlığından məhrum edildiyini bəyan edib.