Nobel mükafatçısı müsəlmanların başına gətirilənləri biabırçılıq adlandırdı

Nobel mükafatçısı müsəlmanların başına gətirilənləri biabırçılıq adlandırdı
4 Sentyabr 2017
Mətni dəyiş

Nobel Sülh Mükafatının ən gənc qalibi olan Malala Yousafzai Nobel mükafatının digər laureatı, Birma lideri Aung San Suu Kyini Birmada Rohinca müsəlmananlarına qarşı “biabırçı” davranışı pisləməyə çağırıb.

Azadlıq Radiosunun məlumatına görə, Malala deyib ki, “dünya gözləyir”.

Avqustda münaqişə qızışandan 90 min Roihinca müsəlmanı Birmadan və ya başqa adı ilə deyilsə, Myanmadan Babnqladeşə qaçıb. Bu böhran Birma lideri Suu Kyi üçün böyük siyasi problem yaradıb. Qərb tənqidçilərinin fikrincə, Birma lideri uzun müddətdir ki, sıxışdırılan etnik azlıqla bağlı lazımi tədbirlər görmür.

Malala "Twitter"-də yayılan bəyanatında yazır:“son bir neçə ildə mən bu faciəvi və biabırçı davranışı dəfələrlə pisoləmişəm”.

Dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada isə faəllar sentyabrın 2-də Nobel Sülh Mükafatı Komitəsinə müraciət edib ki, Suu Kyinin Nobel mükafatı əlindən alınsın.

Birmada bu sonuncu qarşıdurma isə avqustun 25-də bir qrup Rohinca müsəlmanının polis postlarına və ordu hissələrinə hücumundan başlandı. Ordunun əks-hücumu ilə azı 400 adam öldü.

Hazırda 20 yaşı olan Malala isə Pakistanda talibançıların qızların təhsilinə qoyduğu qadağana qarşı kampaniya aparırdı və 2012-ci ildə Talibançılar onu başından güllə ilə vurandan sonra bütün dünyada tanındı.2014-cü ildə ona Nobel Sülh Mükafatı verildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun