Nigeriyada "Boko Haram"-ın hücumu nəticəsində 18 nəfər həlak olub

Nigeriyada "Boko Haram"-ın hücumu nəticəsində 18 nəfər həlak olub
2 Sentyabr 2017
Mətni dəyiş

Radikal islamçılardan ibarət "Boko Haram" terror qrupunun silahlıları Nigeriyanın şimal-şərqində dinc əhaliyə hücum edib.

Abzas.net xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

Agentliyin məlumatına görə, hücum, Mayduguri şəhərindən 130 km aralıda yerləşən Banki yaşayış məntəqəsində baş verib.

Hücum nəticəsində ən azı 18 nəfər həlak olub.

"Boko Haram" terror təşkilatı Nigeriya boyu qərb təhsilinə və yaşayışına qarşı çıxır və ölkənin şəriət qaydaları ilə idarə olunmasını tələb edirlər. Bu təşkilat, Nigeriya, Kamerun və Çad ərazisində baş vermiş bir çox terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.

   

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun