Myanmarda müsəlmanların öldürülməsinə görə Navalnı Putini ittiham edir

Myanmarda müsəlmanların öldürülməsinə görə Navalnı Putini ittiham edir
5 Sentyabr 2017
Mətni dəyiş

Rusiya müxalifətinin lideri Aleksey Navalnı Myanmarda müsəlmanlara qarşı törədilən cinayətlərə görə prezidenti Putini günahlandırıb. Müxalifət lideri bu barədə sosial şəbəkədə yazıb. 

Abzas.net xəbər verir ki, müxalifət lideri Rusiya hökumətinin həmişə ikili standart siyasəti apardığını bildirib.

"Görünәni təkrarlamağa ehtiyac yoxdur. Maraqlı odur ki, bu münasibәtlәrdә “dostlara – hər şey”, “düşmənlərə – qanun” prinsipi tətbiq olunur. Mәsәlәn, hazırda Moskvanın mərkəzində icazəsiz aksiya keçirilir. Sıfır həbs, hakimiyyәt tәrәfindәn sıfır tәzyiq, sıfır cinayət işi, təbliğatçıların hiddәti sıfır. Bunu 26 mart və 12 iyun anti-korrupsiya mitinqlәri ilə müqayisə edin".

Etiraz düzgündür, yer yalnış

Navalni deyib ki, Myanmarda müsəlmanlara şiddətə qarşıdır və səfirliyin qarşısındakı aksiyanın məzmun olaraq düzgün hesab edir.

"Düzgün etirazdır, yalnız yeri doğru deyil. Bu səfirliyin qarşısında olmamalıdır. BMT-nin Təhlükəsizlik Şurası artıq 10 ildir ki, Myanmar haqqında qətnamә qəbul etməyə çalışır. Bәs bu qәrarı kim ​məhdudlaşdırır? Doğrudur – Rusiya. Demәli piket Kreml və Rusiya Xarici İşlər Nazirliyinin qarşısında keçirilmәlidir".

Rusiya müxalifətinin lideri bildirib ki, bu cinayətlərə görə Putin və Lavrov da məsuliyyət daşıyır. Lakin müsəlmanları etiraza səsləyən Kadırov, özünü elə aparır ki, sanki bunları başa düşmür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun