Avqustun 25-dən etibarən Myanmada zorakılıq nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb.
Bu barədə “The Hindu” nəşrinə BMT-nin xüsusi məruzəçisi Yanghee Lee bildirib.
“Myanmada 1000-dən çox insan ölkədə baş verən toqquşmaların qurbanı olub. Hazırda doğma evlərindən qovulan azı 20 min müsəlman-rohinca Myanma-Banqladeş sərhədinə toplaşıb”, - deyə Y.Lee qeyd edib.
Avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib.