Myanma rəhbərliyi qaçqınlar qayıda bilməsin deyə Banqladeşlə sərhədi minalayır

Myanma rəhbərliyi qaçqınlar qayıda bilməsin deyə Banqladeşlə sərhədi minalayır
6 Sentyabr 2017
Mətni dəyiş

Myanma rəhbərliyi Banqladeşlə sərhəd əraziyə minalar basdırırlar.

Abzas.net xəbər verir ki, bu barədə Banqladeş hakimiyyətinə istinadən "Reuters" məlumat verib.

Myanma hakimiyyəti Rakhayn ştatında baş verən zorakılıqlar ucbatından ölkədən Banqladeşə qaçmış Rohinca müsəlmanlarının geri qayıtmasının qarşısını almaq məqsədilə Banqladeşlə sərhəd ərazilərinə minalar yerləşdirir.

"Bizim qüvvələrimiz tikanlı məftillər yaxınlığında yerə nə isə basdıran 3-4 qrupu müşahidə ediblər", - agentlik mənbədən sitat gətirir.

Daha sonra məlum olub ki, sərhəd ərazilərində yerə minalar yerləşdirilirmiş.

Agentliyin məlumatına görə minalama əməliyyatı artıq 3-cü gündür ki, davam edir. Bundan əlavə mənbə bildirib ki, ikinci gün, sərhədin Myanma hissəsində iki partlayış baş verib. Nəticədə iki uşaq yaralanıb.

Məlumatda bildirilir ki, Banqladeş rəhbərliyi sərhədin minalanmasına rəsmi şəkildə etiraz etməyə hazırlaşır.

Jenevedə baş tutan brifingdə, BMT-nin Ali komissarının qaçqınlarla iş üzrə nümayəndəsi Aslam Khan öz çıxışında bildirib ki, 25 avqustda Rakhayn ştatında zorakılığın baş qaldırmasından sonra, 120 mindən çox qaçqın Myanmadan Banqladeşə gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun