Myanma BMT-nin Rohingya müsəlmanlarına yardım göstərməsindən imtina edib

Myanma BMT-nin Rohingya müsəlmanlarına yardım göstərməsindən imtina edib
4 Sentyabr 2017
Mətni dəyiş

Myanma hökuməti BMT-nin ölkənin şimalındakı Rohingya ştatında yaşayan müsəlman əhaliyə yardım göstərməsindən imtina edib.  

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Myanma BMT qurumlarına ərzaq, su və dərman preparatları gətirməsinə icazə vermir.

BMT-nin Myanmadakı rezident-əlaqələndiricisinin ofisindən bildirilib ki, hökumətin tətbiq etdiyi məhdudiyyətlər və təhlükəsizlik məsələləri ilə əlaqədar yardımlar dayandırılıb: "BMT yerli hakimiyyətlə daimi əlaqədədir və humanitar yardımların mümkün qədər tez çatdırılmasına cəhd göstərir".

Myanma hökuməti Rohingyadan fərqli olaraq digər ştatlara yardıma icazə verir.

YUNİCEF, BMT Fondu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bir həftədən çoxdur ölkənin şimal ştatlarında fəaliyyət göstərə bilmirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun